Sabah Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq İnfrastruktur
Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsində hərəkət məhdudlaşdırılacaq.
Crossmedia.az xəbər verir ki,bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, təmir işlərinə 10 sentyabr saat 09:00-dan etibarən start veriləcək.
Kazımağa Kərimov küçəsində hərəkətin qismən, 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılması nəzərdə tutulur.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları xahiş edilib.
23:17 09.09.2026
Oxunuş sayı: 41