Bakıda 3 nəfərin öldüyü yanğınla bağlı məhkəmə keçirildi
Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub.
Crossmedia.az xəbər verir ki, məhkəmədə “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə ittiham aktı elan edilib.
İttihama görə, Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində elektromobillər üçün şarj stansiyalarının quraşdırılması zamanı yanğın təhlükəsizliyi və texniki tələbləri pozub.
2025-ci il noyabrın 21-də baş verən yanğın nəticəsində Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova tüstüdən zəhərlənərək ölüb. Hadisə zamanı 25 nəfər də xəsarət alıb.
Yanğın nəticəsində 419 min manatdan çox maddi ziyanın dəydiyi bildirilib.
Bəhruz Paşayev məhkəmədə zərərçəkənlərdən üzr istəyib və özünü təqsirli bilib.
Növbəti məhkəmə prosesi oktyabrın 7-nə təyin edilib.
20:52 09.09.2026
Oxunuş sayı: 40