Virus Şimali Kivuda da yayıldı – ölənlərin sayı açıqlandı
Konqo Demokratik Respublikasında Ebola virusunun yayıldığı səhiyyə zonalarının sayı altı əyalət üzrə 61-ə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bu barədə məlumat yayıb.
Məlumata görə, virus Şimali Kivu əyalətindəki Kayna səhiyyə zonasına da yayılıb. Bununla da Ebola virusundan təsirlənən səhiyyə zonalarının sayı 61-ə çatıb.
ÜST-ün məlumatına görə, may ayında başlayan epidemiya nəticəsində indiyədək 6 600-dən çox yoluxma qeydə alınıb. Onlardan 3 226 nəfər ölüb.
22:19 09.09.2026
Oxunuş sayı: 38