Ərdoğan Mansur Yavaşı qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı qəbul edib.
Crossmedia.az Türkiyə mediasına istinadən xəbər verir.
Görüş Ankaradakı Beştəpə Prezident Kompleksində baş tutub.
Mansur Yavaş görüşdən sonra verdiyi açıqlamada şəhərə yönələn investisiyalara göstərilən dəstəyə və töhfələrə, həmçinin NATO sammitinin Ankarada keçirilməsi ilə bağlı iradəyə görə təşəkkürlərini çatdırdıqlarını bildirib.
Qeyd edək ki, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın CHP-nin təsis edilməsinin ildönümü münasibətilə keçirilən qəbulda iştirak etmədiyi məlum olub.
Ayhan
22:25 09.09.2026
Oxunuş sayı: 39