İranda dolların məzənnəsi tarixi rekord vurdu
İranda dolların qara bazardakı məzənnəsi yeni tarixi rekord müəyyənləşdirərək 233 900 tümənə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Amerikanın Səsi bu barədə məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya funtu 316 000 tümən, avro 272 000 tümən, “Emami” qızıl sikkəsi isə 242 milyon tümən səviyyəsində satılıb.
İki həftə əvvəl, şənbə günü keçirilən dollar hərracları 206 400 tümən məzənnəsi ilə başa çatmışdı. Beləliklə, bugünkü göstərici həmin dövrlə müqayisədə təxminən 13 faiz yüksəkdir.
İranın milli valyutasının kəskin dəyər itirməsinin regionda hərbi qarşıdurmanın kəskinləşməsi fonunda baş verdiyi bildirilir.
22:54 09.09.2026
Oxunuş sayı: 41