Avropada qışda qaz qiymətlərinin artacağı gözlənilir
Avropa qarşıdan gələn qış mövsümündə yeraltı qaz anbarlarının ləng doldurulması səbəbindən qaz və elektrik enerjisinin bahalaşması riski ilə üzləşə bilər.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropa treyderləri yaz aylarında Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyini və qiymətlərin enəcəyini gözləyərək qaz alışını təxirə salıblar.
Lakin bölgədə döyüş əməliyyatlarının yenidən başlaması qazın qiymətini artırıb. Eyni zamanda, Asiya ölkələri bazarda mövcud olan mayeləşdirilmiş təbii qaz (LNG) partiyalarını aktiv şəkildə almağa başlayıb.
Nəşr qeyd edir ki, Avropa İttifaqı qaz ehtiyatlarını tələb olunan səviyyəyə çatdıra bilsə də, bunu daha yüksək qiymətlərlə həyata keçirməli olacaq. Bu isə həm ev təsərrüfatlarının, həm də sənaye müəssisələrinin xərclərinin artmasına səbəb ola bilər.
Bundan əlavə, Avropa ölkələrinin hökumətlərinin qaz alışına birbaşa müdaxilə etməsi ehtimalı da istisna edilmir ki, bu da qlobal bazarda rəqabəti daha da gücləndirə bilər.
11:19 25.07.2026
Oxunuş sayı: 60