Pakistanda terror aktı: 14 nəfər ölüb, 24 nəfər yaralanıb
Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Tank dairəsində törədilən kamikadze hücumu nəticəsində 14 nəfər həlak olub, daha 24 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, partlayıcı maddələrlə doldurulmuş avtomobil yüksək sürətlə təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə çırpılıb. Ardınca baş verən güclü partlayış nəticəsində məntəqə tamamilə dağılıb.
Həlak olanlar arasında 9 hərbçi, 4 polis əməkdaşı və Meşə Departamentinin bir əməkdaşı var.
Hadisədən dərhal sonra ərazidə keçirilən xüsusi əməliyyat zamanı Pakistan təhlükəsizlik qüvvələri üç silahlını zərərsizləşdirib.
İndiyədək heç bir radikal qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
17:39 24.07.2026
Oxunuş sayı: 50