Polşa ABŞ və Ukrayna ilə Patriot raketlərinin birgə istehsalını təklif edib
Polşa ABŞ və Ukrayna ilə birlikdə Patriot raketlərinin istehsalını həyata keçirməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkoviak-Çarneçka bu barədə məlumat yayıb.
Nazir müavininin sözlərinə görə, istehsal müəssisələrinin Polşa ərazisində yerləşdirilməsi mümkündür. Bu addım Vaşinqtonun Ukraynada belə obyektlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını aradan qaldırmağa kömək edə bilər.
Bundan əlavə, Varşava Polşada Patriot raketlərinin ələkeçirici sistemlərinə texniki xidmət göstərəcək servis mərkəzinin yaradılmasını da təklif edib.
Təklifin məqsədi raket sistemlərinin istehsalı və texniki təminatı üzrə əməkdaşlığı genişləndirməkdir.
13:11 24.07.2026
Oxunuş sayı: 45