Əlil arabasından istifadə edən uşaqlar skeyt parkında bacarıqlarını inkişaf etdirirlər
Əlil arabasından istifadə edən uşaqlar skeyt parkında bacarıqlarını inkişaf etdirirlər
Almaniyanın Brandenburg şəhərində "Roly Kids" adlı qrup əlil arabasından istifadə edən uşaqlar üçün skeyt parkında xüsusi məşqlər keçir.
Crossmedia.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, iştirakçılar bordürlərdən keçmək, panduslarda hərəkət etmək və "wheelie" kimi fəndləri öyrənirlər. Bir ildir əlil arabasından istifadə edən könüllü Matias Vaqner uşaqlara məşqlərdə dəstək olur və onların özünəinam qazanmasına kömək edir.
Məlumata görə, proqram çərçivəsində uşaqlar təkcə texniki bacarıqlar deyil, həm də yıxıldıqdan sonra müstəqil şəkildə ayağa qalxmağı və gündəlik həyatda öz güclərinə arxalanmağı öyrənirlər. Təşkilatçılar bu təşəbbüsün inklüzivliyin gücləndirilməsinə və uşaqların həyata daha inamla yanaşmasına töhfə verdiyini bildirirlər.
07:26 25.07.2026
Oxunuş sayı: 46