Tramp: İranın aktivlərindən zərərin ödənilməsi üçün istifadə ediləcək
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazında davam edən blokada fonunda gəmilərə və dəniz yüklərinə dəyə biləcək mümkün zərərin kompensasiyası üçün İranın aktivlərindən istifadə edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Trampın açıqlamasından sonra İran bu addımı təhlükəli presedent kimi qiymətləndirib.
İranın xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsində yazıb ki, başqa bir dövlətin aktivlərinin gələcəkdə yarana biləcək və bununla əlaqəsi olmayan tələblərin ödənilməsi üçün müsadirə edilməsi təxribat xarakterli presedentdir.
Nazir bildirib ki, bu vəsaitlərin istifadəsini alqışlayan və ya onlardan faydalanan tərəflər bir məqamı nəzərə almalıdırlar: hökumətlər əmlakın müsadirəsini normal hal hesab etməyə başladıqdan sonra artıq heç bir ölkənin aktivləri tam qorunan sayıla bilməz.
09:56 24.07.2026
Oxunuş sayı: 41