Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyərək energetika və maliyyə sahələrinə yeni məhdudiyyətlər tətbiq edib
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinə bir sıra yeni məhdudiyyətlərin daxil edildiyi bildirilib.
Məlumata görə, yeni paket çərçivəsində:
Üçüncü ölkələrdə fəaliyyət göstərən şirkətlərin kriptoaktivlərlə bağlı xidmətlərinə tam qadağa qoyulması imkanı yaradılır; Xüsusi hərbi əməliyyatda iştirak edən şəxslərə qarşı viza qadağasının tətbiqi üçün hüquqi baza hazırlanır;
Qırğızıstanda SWIFT-ə alternativ olan SPFS sistemi ilə əlaqəli bir bankın, eləcə də üçüncü ölkələrdəki üç bankın əməliyyatlarına məhdudiyyət qoyulur;
Rusiyanın metallurgiya və qızıl sektoruna qarşı sanksiyalar genişləndirilir, əsas almaz hasilatı şirkətlərindən birinə qarşı məhdudiyyətlər tətbiq olunur;
Gürcüstan, Panama, BƏƏ, Qırğızıstan və Belarusda fəaliyyət göstərən 14 kriptovalyuta platforması ilə əməliyyatlar qadağan edilir;
41 neft tankerinə qarşı sanksiyalar tətbiq olunur və məhdudiyyətlərə məruz qalan gəmilərin ümumi sayı 673-ə çatdırılır;
Rusiyanın uzaqmənzilli pilotsuz uçuş aparatları istehsal edən 37 şirkətinə qarşı sanksiyalar qüvvəyə minir;
Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 56 fiziki və hüquqi şəxs məhdudiyyətlər siyahısına daxil edilir;
Avropa şirkətlərinə Rusiyanın iki limanı və dörd hava limanı ilə əməliyyat aparmaq qadağan olunur;
Avropa şirkətləri Rusiyaya mayeləşdirilmiş təbii qaz tankerlərinin satışı barədə Avropa Komissiyasını məlumatlandırmalı olacaq.
Bildirilib ki, Aİ gələcəkdə Rusiyaya qaz tankerlərinin satışına əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
20:38 23.07.2026
Oxunuş sayı: 20