Qadağaya rəğmən Almaniya Rusiya texnologiyasından istifadə edəcək
Almaniyada Rusiya tipli nüvə yanacağının istehsalına başlanılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, ˝Die Zeit˝ qəzetinin məlumatına görə, bu məqsədlə ANF şirkəti Rusiyanın TVEL nüvə yanacağı şirkətinin texnologiyalarından istifadə etməyi planlaşdırır.
Bununla yanaşı, istehsala başlamaq üçün irəli sürülən əsas şərtlərdən biri TVEL və Rosatom əməkdaşlarının müəssisənin ərazisinə buraxılmasının tam qadağan edilməsidir.
Qəzetin yazdığına görə, bu tələb layihənin həyata keçirilməsi üçün zəruri şərtlərdən biri hesab olunur.
18:15 22.07.2026
Oxunuş sayı: 52