Kreml: Rusiya G20 sammitində yüksək səviyyədə iştirak edəcək
Rusiya qarşıdakı G20 sammitində yüksək səviyyədə, effektiv və fəal şəkildə iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Dmitri Peskovun mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdıyevin Vaşinqtondan ABŞ-nin Rusiya Prezidenti Vladimir Putini qarşıdakı "Böyük iyirmilik" sammitində görmək istəməsi ilə bağlı siqnallar aldığı barədə açıqlamasına münasibət bildirərkən səsləndirib.
Jurnalistlərin Rusiya liderinin sammitdə iştirakı üçün rəsmi dəvət alıb-almaması ilə bağlı sualına cavab verən Kremlin sözçüsü qeyd edib ki, ABŞ bu tədbirin təşkilinə rəhbərlik edən və ev sahibliyi edən ölkədir.
“Bu halda qaydalara əsasən, hər hansı şəxsi dəvətə ehtiyac yoxdur”, – deyə Peskov bildirib.
Onun sözlərinə görə, sammitə nümayəndə heyəti göndərən ölkələr iştirak səviyyəsi ilə bağlı qərarı özləri qəbul edirlər.
“İstənilən halda bizim bu sammitdə iştirakımız yüksək səviyyədə olacaq, effektiv və fəal xarakter daşıyacaq”, – deyə Peskov vurğulayıb.
G20 liderlərinin sammiti 14-15 dekabr 2026-cı ildə ABŞ-nin Mayami şəhərində keçiriləcək. Rusiya nümayəndə heyətinin hansı səviyyədə iştirak edəcəyi ilə bağlı yekun qərar hələ açıqlanmayıb.
14:09 22.07.2026
Oxunuş sayı: 44