Zelenski: Müharibəni Rusiyanın öz ərazisinə qaytarırıq
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun gecə saatlarında Rusiyadakı hədəflərə endirdiyi zərbələrə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski Ukraynanın uzaqmənzilli zərbələrinin Rusiya ordusunu təmin edən logistika mərkəzlərini, o cümlədən dron komponentləri və naviqasiya avadanlıqlarının tədarükü ilə bağlı obyektləri vurduğunu açıqlayıb.
Ukrayna liderinin sözlərinə görə, Qara dəniz və Azov dənizində Rusiyanın "kölgə donanması"na aid bir tanker və dörd yük gəmisi də zərbələr nəticəsində hədəfə alınıb.
"Biz tam haqlı olaraq müharibəni Rusiyanın öz ərazisinə qaytarırıq", – deyə Zelenski bildirib.
O qeyd edib ki, sülhə ehtiyac var və Ukrayna Rusiya tərəfinə bütün təklifləri təqdim edib.
"Onlar diplomatiyaya müraciət etməyə məcbur edilməlidirlər", – deyə Ukrayna Prezidenti vurğulayıb.
12:33 22.07.2026
Oxunuş sayı: 53