Rusiya və ASEAN beynəlxalq məsələlərdə ortaq yanaşmaları vurğuladı
Rusiya və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) əsas beynəlxalq məsələlərlə bağlı oxşar mövqelərə malikdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya xarici işlər naziri Sergey Lavrovla ASEAN ölkələrinin xarici işlər nazirləri arasında keçirilən görüşün yekunlarına dair açıqlamasında bildirilib.
Nazirlik qeyd edib ki, görüş zamanı iyunun 17-18-də Kazanda keçirilən Rusiya–ASEAN sammitində qəbul olunmuş qərarların icrasına xüsusi diqqət ayrılıb.
Bildirilib ki, tərəflər ərzaq və enerji təhlükəsizliyi, rəqəmsallaşma, yüksək və innovativ texnologiyalar, kosmik sahə, eləcə də gənclər arasında əlaqələrin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Rusiya həmçinin ASEAN-ın regionda əsas əlaqələndirici rolunu dəstəklədiyini təsdiqləyib.
12:38 22.07.2026
Oxunuş sayı: 57