İran ABŞ-nin İordaniya və Bəhreyndəki aviabazalarına zərbələr endirdiyini açıqlayıb
İran Silahlı Qüvvələri ABŞ-yə məxsus İordaniya və Bəhreyndə yerləşən hərbi obyektlərə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Al Jazeera" İran ordusunun açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında dronlarla İordaniyanın Əzraq şəhərində yerləşən "Muvaffaq Salti" aviabazasındakı yaşayış və məişət binaları, eləcə də hərbi texnika anbarları hədəfə alınıb.
İran tərəfi həmçinin Bəhreyndə yerləşən "İsa" aviabazasında ABŞ ordusuna məxsus iri texnika anbarlarının, aviasiya hangarlarının və ağır hərbi təyyarələrin texniki xidmət və təmir məntəqələrinin də zərbələrə məruz qaldığını iddia edib.
ABŞ tərəfi isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.
12:14 22.07.2026
Oxunuş sayı: 50