İran Fransanın ittihamlarını təkzib edib
İran Xarici İşlər Nazirliyi Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Tehrandakı Fransa səfirliyinin əməkdaşlarına qarşı təhdid və zorakılıqla bağlı səsləndirdiyi iddiaları əsassız və yalan adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa məsələləri üzrə idarəsinin rəhbəri Məhəmməd Tanhayi açıqlama verib.
Onun sözlərinə görə, Fransa vətəndaşı olan iki nəfər milli təhlükəsizliyə qarşı cinayətlərdə ittiham olunan şəxslərlə əlaqə saxladıqları üçün hüquq-mühafizə orqanları tərəfindən dindirilib.
Tanhayi bildirib ki, həmin şəxslərdə ölkənin təhlükəsizliyinə qarşı fəaliyyətə dair sənədlər aşkarlanıb.
İran rəsmisi əlavə edib ki, onların diplomatik missiyaya aid olduqları müəyyənləşdirildikdən sonra diplomatik polis idarəsinə aparılıb, daha sonra isə Fransa səfirliyinə təhvil veriliblər.a
12:26 22.07.2026
Oxunuş sayı: 65