Nyu-York meri: Netanyahu fələstinlilərə qarşı soyqırımın memarıdır
Nyu-Yorkun meri Zöhran Mamdani İsrailin Baş naziri Benyamin Netanyahunu hərbi cinayətkar adlandıraraq onu Fələstin xalqına qarşı törədilən soyqırımın memarı olmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, Mamdani bu barədə açıqlamasında danışıb.
O bildirib ki, Netanyahu on minlərlə insanın ölümünə, minlərlə uşağın yaralanmasına və amputasiya olunmasına, yeni doğulmuş körpələrin həyatını itirməsinə səbəb olan zərbələrə görə məsuliyyət daşıyır.
Nyu-York meri həmçinin Netanyahunu humanitar yardımın və ərzaq tədarükünün qarşısını almaqda, yüzlərlə humanitar təşkilat əməkdaşının və jurnalistin öldürülməsində günahlandırıb.
Mamdani qeyd edib ki, BMT-nin son hesabatına əsasən, atəşkəsdən aylar sonra belə fələstinli uşaqların İsrail ordusunun hədəfinə çevrilməsi halları davam edir. Bu iddialarla bağlı İsrail hökuməti daha əvvəl beynəlxalq hüquqa uyğun hərəkət etdiyini və mülki şəxslərin hədəf alınmadığını bəyan edib.
12:12 22.07.2026
Oxunuş sayı: 58