ABŞ-də saxlanılan Endryu Teyt yenidən gündəmdə: Böyük Britaniya ekstradisiya tələb edir
ABŞ-də saxlanılan britaniyalı bloqer Endryu Teyt və qardaşı Tristan Teytə qarşı Böyük Britaniyada yeni ittihamlar irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniya Prokurorluğu qardaşlara qarşı irəli sürülən ittihamların ümumi sayının 59-a çatdığını açıqlayıb.
Yeni ittihamlara əsasən, Endryu Teyt zorlama, cinsi istismar məqsədilə insan alveri və azyaşlılara aid qeyri-etik məzmunun saxlanılmasında, Tristan Teyt isə zorlama və insan alverinə yardım etməkdə təqsirləndirilir.
İstintaqın məlumatına görə, sözügedən cinayətlərin 2010–2017-ci illər arasında törədildiyi iddia olunur. Qardaşlar isə bütün ittihamları rədd edirlər.
Britaniya hakimiyyəti onların ABŞ-dən ekstradisiyasına nail olmağa çalışır.
Qeyd olunur ki, Endryu Teyt bundan əvvəl Rusiyada keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun qonaqları sırasında yer almışdı. Bununla bağlı müxtəlif beynəlxalq media orqanlarında geniş müzakirələr aparılıb. Lakin onun forumda iştirak etməsi ilə hazırkı cinayət işi arasında rəsmi şəkildə hər hansı əlaqə göstərilməyib.
12:06 22.07.2026
Oxunuş sayı: 53