Sırski: Drapatıya hücum vəziyyətində olan ordu təhvil verirəm
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırski vəzifəsindən ayrılarkən ordunu hücum vəziyyətində varisinə təhvil verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Sırski bununla bağlı vida müraciətində çıxış edib.
O bildirib ki, bu il onun komandanlığı altında Ukrayna qüvvələri 700 kvadratkilometr ərazini azad edib.
"İki il əvvəl ağır müdafiə döyüşləri aparan ordu bu gün hücum edir. Mən varisim Mixaylo Drapatıya təkcə müdafiəni saxlayan deyil, həm də hücum vəziyyətində olan, təşəbbüsə malik, formalaşmış strukturu və düşmənə necə zərbə vuracağını bilən şəxsi heyəti olan bir ordu təhvil verirəm", – deyə Sırski vurğulayıb.
11:43 22.07.2026
Oxunuş sayı: 55