ABŞ administrasiyası Ukraynaya ayrılmış 400 milyon dollarlıq hərbi yardımı dayandırıb
ABŞ administrasiyası Konqres tərəfindən təsdiqlənmiş 400 milyon dollarlıq əlavə hərbi yardımın Ukraynaya verilməsindən imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İllinoys ştatından senator Dik Dörbin məlumat verib.
Onun sözlərinə görə, ABŞ administrasiyası qanunvericilərə bildirib ki, ayrılmış vəsaitin böyük hissəsi növbəti ABŞ prezidenti hakimiyyətə gələnədək əlçatan olmayacaq.
"Ödəniş planı göstərir ki, bu vəsaitin xərclənməsinə 2029-cu maliyyə ilində hazır olmalıyıq. Bu qərarı artıq kim seçiləcəksə, növbəti prezident verəcək", – deyə Dörbin Senatın Maliyyələşdirmə Komitəsində keçirilən dinləmələrdə bildirib.
11:31 22.07.2026
Oxunuş sayı: 59