Tramp ABŞ-nin müharibələr üzrə itkilərini müqayisə edib
ABŞ Prezidenti Donald Tramp ölkəsinin müxtəlif hərbi münaqişələrdə verdiyi itkilərlə bağlı statistik məlumatlar paylaşıb.
Crossmedia.az xəbər verir ki, Trampın sözlərinə görə, Əfqanıstan müharibəsi 20 il davam edib və bu müddətdə 2 min ABŞ hərbçisi həlak olub. İraq müharibəsi 9 il davam edib, burada isə 4 600 hərbçi həyatını itirib.
Tramp bildirib ki, Vyetnam müharibəsi 19 il 5 ay davam edib və 58 min 220 amerikalı hərbçi həlak olub. Koreya müharibəsində isə 3 il 1 ay ərzində 36 min 574 hərbçi həyatını itirib.
Prezident əlavə edib ki, Venesuela ilə silahlı qarşıdurma cəmi bir gün davam edib və itki qeydə alınmayıb. Onun sözlərinə görə, İranla davam edən hərbi münaqişə artıq dörd aydır davam edir və bu müddətdə 18 ABŞ hərbçisi həlak olub.
11:02 22.07.2026
Oxunuş sayı: 51