Türkiyə ASEAN-da dialoq tərəfdaşı statusu alıb
Türkiyə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) çərçivəsində dialoq tərəfdaşı statusu əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
Nazirin sözlərinə görə, yeni status Türkiyənin ASEAN ölkələri ilə siyasi, iqtisadi və strateji əməkdaşlığını daha da genişləndirəcək.
Hakan Fidan qeyd edib ki, Ankara Asiya-Sakit okean regionu ilə əlaqələrin inkişafına xüsusi önəm verir və dialoq tərəfdaşı statusu bu istiqamətdə mühüm addımdır.
11:38 22.07.2026
Oxunuş sayı: 59