KİV: Tramp Canni İnfantinonu BMT-nin baş katibi görmək istəyir
ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinonun BMT-nin növbəti baş katibi olmasını istədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Tramp hesab edir ki, İnfantinonun beynəlxalq nüfuzu və FIFA-ya rəhbərlik təcrübəsi onu hazırkı baş katib Antonio Quterreşdən sonra BMT-yə rəhbərlik edə biləcək güclü namizədə çevirir.
Hazırda bu məsələ ilə bağlı nə Ağ Ev, nə də BMT tərəfindən rəsmi açıqlama verilməyib. İnfantino da iddialara münasibət bildirməyib.
11:24 22.07.2026
Oxunuş sayı: 60