Rusiya Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanını axtarışa verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, Drapatının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilməsindən dərhal sonra Rusiya DİN-in axtarış bazasında onun barəsində "Axtarılır" qeydiyyatı yaradılıb. Bildirilir ki, o, Rusiya Cinayət Məcəlləsinin maddələrindən biri üzrə axtarışa verilib. Lakin konkret hansı maddə üzrə axtarıldığı açıqlanmayıb.
Nəşr qeyd edir ki, bu, Mixail Drapatının Rusiya tərəfindən ilk dəfə axtarışa verilməsi deyil. Daha əvvəl Rusiya İstintaq Komitəsi ona qarşı qiyabi ittiham irəli sürmüşdü.
Rusiya tərəfinin iddiasına görə, Drapatı 2017 və 2019-cu illərdə Viktor Nikolukla birlikdə Ukraynanın Birləşmiş Qüvvələr Əməliyyatına rəhbərlik edib və onların komandanlığı altında Donetsk və Luqansk vilayətlərində çoxsaylı artilleriya zərbələri endirilib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 21-də Mixail Drapatını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edib. O, bu vəzifədə Aleksandr Sırskini əvəz edib.
10:22 22.07.2026
Oxunuş sayı: 59