Zaxarova: Qərb danışıqlardan müharibəyə hazırlıq üçün istifadə edir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Marko Rubionun İranın Vaşinqtonla danışıqlara ciddi yanaşmadığı barədə bəyanatını tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Zaxarova bildirib ki, Qərb ölkələri tərəfdaşlarını danışıqlardan yayınmaqda ittiham etməklə əslində gələcək hərbi qarşıdurmalara zəmin hazırlayırlar.
"Dünya artıq 'Qərb üsulu ilə danışıqların' nə olduğunu anlayıb: əvvəl tərəfdaşları guya danışıqlara və razılaşmalara əməl etmək istəməməkdə ittiham edir, sonra isə etiraf edirlər ki, bütün bunlar müharibəyə hazırlıq üçün lazım imiş", – deyə o, "Telegram" kanalında yazıb.
Rusiya XİN nümayəndəsi bu yanaşmanı Ukrayna ilə bağlı Minsk razılaşmaları ilə müqayisə edib. Onun sözlərinə görə, Qərb əvvəllər Rusiyanı həmin razılaşmaları yerinə yetirməməkdə günahlandırsa da, sonradan bəzi Qərb siyasətçiləri Minsk sazişlərinin münaqişəni tam həll etmək məqsədi daşımadığını etiraf ediblər.
10:09 22.07.2026
Oxunuş sayı: 56