Krım rəsmisi: Ukraynada məcburi səfərbərlik cəmiyyətdə gərginliyi artırır
Rusiyanın ilhaq etdiyi Krımın Dövlət Şurasının sədri Vladimir Konstantinov Ukraynada məcburi səfərbərlik prosesinin cəmiyyətdə gərginliyi artırdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Konstantinovun sözlərinə görə, Ukrayna cəmiyyətində aqressiya həm vətəndaşlar arasında, həm də hakimiyyət və ərazi komplektləşdirmə mərkəzlərinə (hərbi komissarlıqlara) qarşı özünü göstərir.
O, bu fikirləri Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinetsin səfərbərliyin təxminən 90 faiz hallarda prosedur pozuntuları ilə həyata keçirildiyini bildirməsindən sonra səsləndirib. Lubinets həmçinin məcburi səfərbərlik və hərbi komissarlıqların fəaliyyəti səbəbindən ölkədə ictimai narazılığın artdığını qeyd edib.
Konstantinov isə vəziyyətin rəsmi açıqlamalarda göstəriləndən daha ağır olduğunu iddia edib.
09:27 22.07.2026
Oxunuş sayı: 57