Zelenskidən təcili görüşlər: Artıq həlledici mərhələdir
Ukrayna Prezidenti Volodimir Zelenski bir-birinin ardınca həlledici görüşlər keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə prezidentin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin “X” sosial şəbəkəsində məlumat verib.
Litvin bildirib ki, prezidentin iştirakı ilə keçirilən görüşlərdən biri artıq başa çatıb, hazırda isə daha bir mühüm görüş davam edir.
“Az əvvəl prezidentin yanında demək olar ki, həlledici olan bir görüş başa çatdı. Hazırda isə artıq faktiki olaraq həlledici olan başqa bir görüş keçirilir”, – deyə Litvin yazıb.
Onun sözlərinə görə, qəbul edilən qərarlardan sonra rəsmi məlumat dərhal ictimaiyyətə təqdim olunacaq.
22:58 21.07.2026
Oxunuş sayı: 53