Telegramdan milyardlarla istifadəçiyə sürpriz yenilik
Telegram messencerinin təsisçisi Pavel Durov platformada kriptocüzdanın istifadəyə veriləcəyini elan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Durovun sözlərinə görə, artıq bu yay Telegramın 1 milyarddan çox istifadəçisi yeni funksiyaya çıxış əldə edəcək.
Bildirilib ki, Gram adlı qeyri-kastodial kriptocüzdan istifadəçilərə rəqəmsal aktivləri birbaşa idarə etməyə imkan verəcək. Belə cüzdanlarda təhlükəsizlik açarı yalnız istifadəçinin özündə saxlanılır.
Durovun açıqlamasına görə, yeni sistem vasitəsilə kriptovalyuta əməliyyatları ani şəkildə və komissiyasız həyata keçiriləcək.
22:50 21.07.2026
Oxunuş sayı: 49