Zelenski: Ukrayna ordusu şimal istiqamətinə hazır vəziyyətə gətirilir
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeddi ordu korpusunun və 30-cu Dəniz Piyadaları Korpusunun komandirləri ilə müşavirə keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, görüşdə əsas diqqət Rusiyanın şimal istiqamətində mümkün hərəkətlərinə hazırlıq, pilotsuz uçuş aparatlarından müdafiə və cəbhə xəttində hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə yönəlib.
Ukrayna liderinin sözlərinə görə, komandirlər cəbhədəki vəziyyət, Rusiya qoşunlarının fəaliyyəti və qarşı tədbirlər barədə məruzə ediblər.
Müşavirə zamanı Xersonun, Nikopolun və Dnepropetrovsk vilayətindəki digər yaşayış məntəqələrinin müdafiəsi məsələlərinə də xüsusi diqqət ayrılıb.
22:24 21.07.2026
Oxunuş sayı: 65