ABŞ bu ölkələrə əlavə vergi tətbiq edə bilər
ABŞ Prezidenti Donald Tramp bu həftə təxminən 60 ölkəyə qarşı yeni gömrük rüsumlarının tətbiqinə qərar verə bilər.
Crossmedia.az bu barədə ˝Financial Times˝ istinadən xəbər verir ki, yeni tariflərin 10-12,5 faiz arasında olacağı gözlənilir.
Məlumata görə, Ağ Ev bu addım üçün 1974-cü il Ticarət Qanununun 301-ci maddəsi üzrə aparılan araşdırmanın nəticələrindən istifadə edir. Bu mexanizm ABŞ Ali Məhkəməsinin müəyyən etdiyi məhdudiyyətlərdən yan keçməyə imkan verir.
ABŞ-nin ayrıca ticarət araşdırmasına cəlb etdiyi ölkələr arasında Avropa İttifaqı, Çin, Yaponiya, Hindistan, Meksika, Cənubi Koreya, Vyetnam, Tayvan, Malayziya və İsveçrə də yer alır.
Qeyd olunur ki, yeni tariflər Vaşinqtonun ticarət siyasətində daha sərt yanaşmanın davamı kimi qiymətləndirilir.
21:50 21.07.2026
Oxunuş sayı: 59