Tramp lazım gələrsə, "Hizbullah" rəhbərliyi ilə birbaşa dialoqa hazırdır
ABŞ Prezidenti Donald Tramp isə görüş zamanı Livana yardım və “Hizbullah”ın təsirinin azaldılması ilə bağlı planların müzakirə ediləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Bizim bununla bağlı çox konkret planlarımız var. Xarici tərəfdaşların dəstəyinin cəlb olunması da nəzərdə tutulur. Eyni zamanda, Livan qüvvələri getdikcə daha müstəqil fəaliyyət göstərir”, — Tramp deyib.
Tramp İsrail ordusunun Livandan çıxarılması prosesində olduğunu da bildirib və tərəflər arasında əldə olunan razılaşmanı əla saziş adlandırıb.
ABŞ prezidenti həmçinin “Hizbullah” nümayəndələri ilə birbaşa danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. O bildirib ki, Livan Prezidenti Aunun xahişi olarsa, belə təmaslara gedə bilər.
Görüşdə İsrail, Livan və ABŞ arasında əldə olunan üçtərəfli razılaşma müzakirə edilib. Aun Trampa vasitəçilik səylərinə görə təşəkkür edib və bildirib ki, sazişin əsas məqsədi Livanla İsrail arasında düşmənçiliyə birdəfəlik son qoymaqdır.
Razılaşmaya əsasən, İsrail qüvvələrinin Livanın cənubundakı iki ərazidən çıxarılması və həmin ərazilərin Livan ordusunun nəzarətinə verilməsi nəzərdə tutulur.
Cozef Aun qeyd edib ki, Livan parlamentinin spikeri Nəbih Berri də bu prosesi dəstəkləyir. Berri “Hizbullah”la müttəfiq olan şiə “Əməl” hərəkatının lideridir.
21:02 21.07.2026
Oxunuş sayı: 67