ABŞ: Onlar bizim köməyimiz olmadan yaşaya bilməzlər
ABŞ Kanadadan idxal olunan bir sıra məhsullara 50 faiz gömrük rüsumu tətbiq edib.
Crossmedia.az bu barədə ˝Reuters˝ agentliyinə istinadən xəbər verir.
Ağ Evdən bildirilib ki, yeni rüsumlar Kanadanın ayrı-seçkilik siyasəti nəticəsində ABŞ ticarətinə vurulan zərərin və yaranan əlverişsiz şərtlərin kompensasiyası məqsədi daşıyır.
Yeni tariflərin 30 gün ərzində qüvvəyə minəcəyi və süd məhsulları, mebel, balıqçılıq çubuqları, toxumlar, geyim, şərab, xokkey çubuqları, sement və pariklər də daxil olmaqla bir sıra məhsullara şamil ediləcəyi qeyd olunur.
ABŞ -nin qərarını şərh edən prezident Donald Tramp bildirib:
“Onların yaşamaq üçün bizim köməyimizə ehtiyacı var. Onlar bizsiz yaşaya bilməzlər”.
Yeni rüsumlar Kanadanın təxminən 20 milyard dollar dəyərində ixracına təsir göstərə bilər və iki ölkə arasında ticarət münaqişəsini daha da gərginləşdirə bilər.
Agentlik qeyd edir ki, Kanada ilə ticarət müharibəsi də daxil olmaqla, ABŞ-nin tətbiq etdiyi tarif siyasəti ölkə daxilində geniş dəstək qazanmır.
20:38 21.07.2026
Oxunuş sayı: 65