Trampdan Livana mesaj: İstədiyi hər şeyi əldə edə bilər
ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti Cozef Aunla Ağ Evdə keçirilən görüş zamanı Livanın uzun illər ərzində ədalətsiz münasibətlə qarşılaşdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp qeyd edib ki, Livan bir çox baxımdan təhlükəli vəziyyətdə olan ölkədir.
Görüş zamanı Livan Prezidenti Cozef Aun Trampı böyük prezident adlandırıb.
Tramp isə Aunun ona necə yanaşmağı bildiyini və istədiyi hər şeyi əldə edə biləcəyini deyib.
Tərəflər görüşdə ikitərəfli münasibətləri, Yaxın Şərqdəki vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
20:28 21.07.2026
Oxunuş sayı: 57