Fransa İrana sərt xəbərdarlıq etdi
Fransa Xarici İşlər Nazirliyi Tehranda fəaliyyət göstərən iki fransız diplomata hücumla əlaqədar İranın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝BFMTV˝ telekanalının məlumatına görə, görüş zamanı Fransa baş verən hadisəni qəti şəkildə pisləyib və bunu qəsdən törədilmiş hücum kimi qiymətləndirib.
Fransa XİN İran hakimiyyətindən insidentin bütün təfərrüatlarını araşdırmağı, təqsirkarları cəzalandırmağı və beynəlxalq öhdəliklərinə uyğun olaraq diplomatik nümayəndəliklərin və əməkdaşlarının təhlükəsizliyini təmin etməyi tələb edib.
Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirmişdi ki, Tehranda Fransa səfirliyinin iki əməkdaşı İranın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb, lakin bir neçə saat sonra sərbəst buraxılıb.
18:52 21.07.2026
Oxunuş sayı: 67