Yeni Dehlidə etirazlar qanlı toqquşmaya çevrildi: 178 nəfər zərər çəkdi
Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən etiraz aksiyası zamanı baş verən genişmiqyaslı toqquşmalarda 118 polis əməkdaşı və 60-a yaxın etirazçı xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, etiraz aksiyasına qatılan tələbələr və gənclər təhsil naziri Dharmendra Pradhanın istefasını tələb edirlər.
Etirazlara ölkə üzrə keçirilən NEET tibb qəbul imtahanının suallarının əvvəlcədən sızdırılması və qalmaqaldan sonra imtahanın təxirə salınması səbəb olub. Bu hadisənin milyonlarla abituriyentin maraqlarına zərər vurduğu bildirilir.
Toqquşmalardan sonra təhlükəsizlik qüvvələri şəhərin bir sıra ərazilərində nəzarəti gücləndirib.
16:58 21.07.2026
Oxunuş sayı: 62