Rusiya ordusu Sumıda ticarət mərkəzini vurdu
Rusiya ordusu Ukraynanın Sumı şəhərində yerləşən "Epicentr" ticarət mərkəzinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Məlumata görə, hücumdan sonra ticarət mərkəzində genişmiqyaslı yanğın baş verib. Sumı Vilayət Hərbi Administrasiyası bildirib ki, ərazi üzərində Rusiya pilotsuz uçuş aparatlarının uçuşlarını davam etdirməsi yanğının söndürülməsini çətinləşdirir və xilasedicilər üçün əlavə təhlükə yaradır.
Administrasiyanın məlumatına əsasən, ticarət mərkəzinə ciddi ziyan dəyib.
Bundan əvvəl Rusiya qüvvələri şəhərin yaşayış məhəllələrini də atəşə tutub. Reaktiv pilotsuz aparatın çoxmərtəbəli yaşayış binasının yaxınlığına düşməsi nəticəsində bina zədələnib.
Hadisə zamanı iki böyüklə yanaşı, dörd uşaq olmaqla ümumilikdə altı nəfərin yaralandığı bildirilib.
13:18 21.07.2026
Oxunuş sayı: 67