Pilotsuz aparat hücumlarından sonra Rusiyanın bir sıra şəhərlərində yanğınlar baş verib
Pilotsuz uçuş aparatlarının hücumlarından sonra Rusiyanın müxtəlif şəhərlərində və sənaye müəssisələrində yanğınlar qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" və Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, Lipetsk şəhərində istilik elektrik mərkəzinin və Rusiyada polad istehsalının təxminən 20 faizini təmin edən Novolipetsk Metallurgiya Kombinatının yaxınlığında yanğın baş verib.
Həmin gecə işğal altında olan Mariupol və Simferopol şəhərləri, eləcə də Anapa və Belqorod da pilotsuz aparat hücumlarına məruz qalıb. Bir sıra ərazilərdə elektrik və su təchizatında fasilələr yaranıb.
Bundan başqa, Leninqrad vilayətində yerləşən "Ladoqa" sənaye parkında da yanğın baş verdiyi bildirilir.
13:11 21.07.2026
Oxunuş sayı: 66