Endi Börnhem: Zelenskini tam dəstəkləməyə davam edəcəyik
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Ukraynaya dəstəyin dəyişməyəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Börnhem bildirib ki, Böyük Britaniya Prezidenti Volodimir Zelenskiyə əvvəlki kimi tam dəstək verməyə davam edəcək.
"Heç nə dəyişməyib. Mən Zelenskini yüz faiz dəstəkləyəcəyəm. Starmer necə dəstək verirdisə, mən də eyni mövqedəyəm. O, bu istiqamətdə çox yaxşı iş görüb", – deyə Böyük Britaniyanın baş naziri vurğulayıb.
12:19 21.07.2026
Oxunuş sayı: 57