Çin Rusiyanın qarşısına sərt şərt qoydu
Çin Sibir gücü-2 yeni qaz kəməri layihəsi ilə bağlı Rusiya ilə aparılan danışıqları dayandırıb.
Crossmedia.az bu barədə “The Wall Street Journal”-ına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Rusiya və Çin arasında 10 ildən artıqdır davam edən danışıqlar faktiki olaraq dalana dirənib.
Bildirilib ki, Pekin şərtlər dəyişməyənədək Moskvanın bu məsələyə yenidən qayıtmamasını istəyib.
Çinin əsas tələbinin Rusiya qazını daxili bazar qiymətləri ilə — təxminən hər 1000 kubmetr üçün 50 dollar civarında almaq olduğu qeyd olunur. Bu qiymət hazırkı ixrac tariflərindən bir neçə dəfə aşağıdır.
21:10 14.07.2026
Oxunuş sayı: 53