BOK-nin rəsmi saytında hər kəsi şoka salan dəyişiklik diqqət çəkdi
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında 2023-cü ildən bəri ilk dəfə Rusiya ilə bağlı bölmə yenidən aktivləşdirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səhifədə Rusiya Olimpiya Komitəsinin ünvanı, təşkilatın rəsmi internet saytı, həmçinin OKR rəhbəri Mixail Deqtyarevin və baş katib Vladimir Berezovun adları qeyd olunub.
Bildirilib ki, BOK-nin saytında Rusiya bölməsinin yenidən görünməsi ölkənin Olimpiya strukturları ilə bağlı məlumatların bərpası kimi qiymətləndirilir.

19:55 14.07.2026
Oxunuş sayı: 58