Tramp yalnız İran gəmilərinə məhdudiyyət tətbiq edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı bütün gəmilər üçün açıqdır, lakin İran gəmiləri bu icazədən istisna olunur.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Trampın sözlərinə görə, strateji əhəmiyyət daşıyan bu dəniz keçidindən digər ölkələrin gəmilərinin istifadəsinə maneə yoxdur. O, İran gəmilərinə qarşı məhdudiyyət tətbiq edildiyini qeyd edib.
Hörmüz boğazı dünya enerji daşımaları üçün ən mühüm marşrutlardan biri hesab olunur və qlobal neft ticarətində böyük əhəmiyyət daşıyır.
19:23 14.07.2026
Oxunuş sayı: 49