Makron: Təslim olmaq müharibəni dayandırmayacaq
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukraynada müharibənin təslim olmaq və ya təcavüzkara güzəşt etməklə başa çatacağını düşünənlər yanılırlar.
Crossmedia.az xəbər verir ki, "France 24" bu barədə məlumat yayıb.
Makronun sözlərinə görə, Avropanın tarixi təslim olmağın ağır nəticələrini göstərib və qitə bu səhvi bir daha təkrarlamamalıdır.
“Qitəmizin tarixi bizə təslim olmağın hansı qiymətə başa gəldiyini öyrədib. Biz həmin səhvi bir daha təkrarlamayacağıq”, – deyə Fransa Prezidenti bildirib.
17:44 14.07.2026
Oxunuş sayı: 45