Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi dəyişə bilər
Ermənistanda Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə postuna xarici işlər nazirinin müavini Vaan Kostanyanın namizədliyi müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, "Armenpress" bu barədə erməni KİV-inə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda bu vəzifə üçün nəzərdən keçirilən yeganə namizəd Vaan Kostanyandır. Bildirilir ki, yeni xüsusi nümayəndənin namizədliyi Türkiyə tərəfi ilə də razılaşdırılmalıdır və bu səbəbdən yekun qərar hələ qəbul edilməyib.
Vaan Kostanyan isə belə müzakirələrin aparıldığını təkzib edərək bildirib ki, bu barədə hər hansı söhbət olmayıb.
Hazırkı xüsusi nümayəndə Ruben Rubinyanın isə Ermənistan Milli Assambleyasının sədri vəzifəsinə namizəd göstərildiyi üçün bu postdakı fəaliyyətini davam etdirməyəcəyi qeyd olunur.
17:11 14.07.2026
Oxunuş sayı: 56