Ukrayna parlamenti pornoqrafiya ilə bağlı qanun layihəsini ilk oxunuşda qəbul edib
Ukrayna Ali Radası pornoqrafik materialların hazırlanması və yayılmasına görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutan qanun layihəsini ilk oxunuşda qəbul edib.
Crossmedia.az xəbər verir ki, "Ukrainska Pravda" bu barədə məlumat yayıb.
Məlumata görə, qəbul edilən qanun layihəsi pornoqrafik materialların hazırlanması və yayılmasına görə mövcud cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutur.
Bununla belə, söhbət qanunun qüvvəyə minməsindən getmir. Layihə yalnız ilk oxunuşda qəbul edilib və qüvvəyə minməsi üçün növbəti oxunuşlardan keçməli, daha sonra Ukrayna Prezidenti tərəfindən imzalanmalıdır.
Qanun layihəsinin son redaksiyası və qüvvəyə minmə tarixi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
17:18 14.07.2026
Oxunuş sayı: 48