Britaniya hökuməti əsginaslarda miqrantların və transgenderlərin təsvirlərinin yerləşdirilməsini təşviq edib
Böyük Britaniya hökumətinin nümayəndələri əsginaslarda miqrantların və transgender şəxslərin təsvirlərinin yerləşdirilməsi ideyasını dəstəkləyiblər.
Crossmedia.az xəbər verir ki, "The Telegraph" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, hökumət rəsmiləri yeni əsginasların dizaynı ilə bağlı müzakirələr zamanı miqrantların və transgender şəxslərin təsvirlərinin istifadə olunması təşəbbüsünü irəli sürüblər.
Məlumata əsasən, bu təklif ölkənin pul nişanlarının dizaynında cəmiyyətin müxtəlifliyinin daha geniş şəkildə əks etdirilməsi məqsədi daşıyıb.
Qeyd edək ki, söhbət "The Telegraph"ın dərc etdiyi məlumatdan gedir. Böyük Britaniya hökuməti və ya ölkənin mərkəzi bankı tərəfindən bu məsələ ilə bağlı rəsmi qərar qəbul edildiyi barədə məlumat verilməyib.
16:52 14.07.2026
Oxunuş sayı: 41