Rusiyada "Google", "Apple" və "GitHub"a VPN-siz girişdə problemlər yaranıb
Rusiyada istifadəçilər "Google", "Apple" və "GitHub" platformalarına VPN olmadan daxil olmaqda çətinlik çəkirlər.
Crossmedia.az xəbər verir ki, "Downdetector" və istifadəçi şikayətlərinə əsasən bu barədə məlumat yayılıb.
Məlumata görə, bir sıra istifadəçilər "Google", "Apple" və "GitHub" xidmətlərinin VPN olmadan açılmadığını bildiriblər. Problemin Rusiyanın müxtəlif regionlarında müşahidə olunduğu qeyd edilir.
Hələlik yaranmış nasazlığın səbəbi ilə bağlı "Google", "Apple", "GitHub" və Rusiya rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib.
Hazırda problemin texniki nasazlıq, internet provayderlərində yaranan məhdudiyyət və ya digər səbəblərlə bağlı olub-olmadığı məlum deyil. İstifadəçilərin bir hissəsi xidmətlərə yalnız VPN vasitəsilə daxil ola bildiklərini bildirirlər.
16:26 14.07.2026
Oxunuş sayı: 54