Zelenski: Putin qələbə qazansa, başqa ölkələri işğal etməyə çalışacaq
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya bu müharibədə qalib gələrsə, Kremlin təcavüzkar siyasəti digər ölkələrə də yönələ bilər.
Crossmedia.az xəbər verir ki, "Insider UA" bu barədə məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukraynada atəşkəsə nail olmaq mümkündür, lakin bu proses hələ də olduqca mürəkkəb olaraq qalır. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin əsas məqsədi müharibədə qələbə qazanmaqdır.
Ukrayna Prezidenti qeyd edib ki, dörd ildən artıq davam edən genişmiqyaslı müharibə ərzində ölkəsi dünyanın ən güclü ordularından birini formalaşdırıb. Onun sözlərinə görə, Ukrayna hazırda öz pilotsuz uçuş aparatlarını, raketlərini, artilleriya sistemlərini, zirehli texnikasını və digər hərbi vasitələrini istehsal edir.
Zelenski vurğulayıb ki, Putin qələbə qazanacağı təqdirdə bu, təkcə Ukrayna üçün deyil, digər dövlətlər üçün də ciddi təhlükə yaradacaq.
"Əgər Putin qalib gəlsə, o, başqa ölkələri və xalqları ələ keçirməyə çalışacaq, daha çox insanın ölümünə səbəb olacaq", – deyə Zelenski bildirib.
15:48 14.07.2026
Oxunuş sayı: 43