Əhmədinejadın ofisi "MOSSAD" iddialarını təkzib edib
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın ofisi onun İsrailin xarici kəşfiyyat xidməti "MOSSAD" ilə əlaqədə olması və ev dustaqlığına salınması barədə yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Independent Persian" məlumat yayıb.
Məlumata görə, daha əvvəl "The New York Times" qəzeti Mahmud Əhmədinejadın "MOSSAD" ilə əlaqələrinə görə ev dustaqlığına alındığını iddia etmişdi.
Nəşr yazıb ki, İsrail kəşfiyyatı uzun müddətdir keçmiş prezidentlə əlaqə saxlayıb və onu Tehranda mümkün hakimiyyət dəyişikliyindən sonra keçid fiquru kimi nəzərdən keçirib.
İddialara əsasən, Mahmud Əhmədinejad iyulun 6-da İranın mərhum ali rəhbəri Əli Xameneyinin dəfn mərasimində iştirak etdikdən qısa müddət sonra saxlanılıb.
Keçmiş prezidentin ofisinin yaydığı bəyanatda isə bu məlumatlar "tamamilə yalan" adlandırılıb.
Bəyanatda qeyd olunub ki, "The New York Times" hərbi gərginlik fonunda ictimai rəyi çaşdırmağa və Mahmud Əhmədinejadın nüfuzuna zərbə vurmağa çalışır.
15:04 14.07.2026
Oxunuş sayı: 57