Rusiyanın Kiyevə gecə hücumu: 10 nəfər yaralanıb
Rusiya ordusunun gecə saatlarında Kiyevə endirdiyi zərbələr nəticəsində azı 10 nəfər, o cümlədən bir uşaq yaralanıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında yanğın baş verib. Şəhərin digər hissəsində isə dəmir yolu lokomotivi zədələnib.
Darnitski rayonunda mərmi qalıqları Xarkov şosesinin hərəkət hissəsinə düşüb. Nəticədə yol hərəkəti işıqforlarını enerji ilə təmin edən elektrik lövhəsində yanğın baş verib. Bundan əlavə, transformator yarımstansiyası da alovlanıb. Kiyev meri Vitali Kliçko bildirib ki, yaxınlıqdakı yaşayış binalarının pəncərələri də zədələnib.
Dneprovski rayonunda isə anbar binasında yanğın qeydə alınıb.
Eyni zamanda, "Telegram" kanallarında yayılan məlumatlara görə, hücum zamanı S-400 zenit-raket kompleksindən buraxılan ballistik raketlərdən istifadə olunub. Lakin bu məlumat rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib. Sosial şəbəkələrdə şəhər üzərində qalxan tüstü buludlarını əks etdirən görüntülər də paylaşılıb.
10:41 11.07.2026
Oxunuş sayı: 57